Gəncə Dövlət Universitetində dövlət qurumunda karyera imkanları ilə bağlı tələbələrlə görüş keçirilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR)  publik hüquqi şəxsin məsul əməkdaşları Gəncə Dövlət Universitetində dövlət qurumunda karyera imkanları ilə bağlı tələbələrlə görüş keçiriblər.

      Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri Asif Cavadov gənclərə dövlət dəstəyindən, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində yaradılan imkanlardan danışıb.

     (DƏDKR)-in İnsan resurslarının idarə edilməsi Departamentinin direktoru Rauf Abbasov çıxış edərək komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və könüllük proqramı haqqında geniş danışıb.

     Görüşdə komitənin strukturuna daxil olan qurumlara işə qəbul yolları və ödənişsiz təcrübə proqramı barədə ətraflı məlumat verilib.

     Sonda komitədə könüllük fəaliyyəti və işə qəbulla bağlı tələbələrin sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti