Gəncə Dövlət Universitetində Elmi Şuranın 2021-2022-ci tədris ilinin sonuncu iclası keçirmişdir

Gəncə Dövlət Universitetində  Elmi Şuranın 2021-2022-ci tədris ilinin sonuncu yığıncağı keçirilmişdir.

Elmi Şuranın 43 nəfərdən ibarət yeni tərkibdə keçən yığıncağını universitetin rektoru, professor Yusif Yusibov açaraq Elmi Şuraya yeni seçilmiş üzvləri təbrik etmiş və onlara işlərində uğurlar arzulamışdır.

Sonra rektor Yusif Yusibov universitet əməkdaşlarından Elvin Mübariz oğlu Atakişiyevi dosent attestatı, Elmira Misir qızı Xudaverdiyevanı  fəlsəfə doktoru diplomu alması münasibəti ilə, Musiqi fənləri kafedrasının müdiri professor Sevda Qurbanəliyevanı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə keçirilən Ümumrespublika festivalında tələbə xor  kollektivinin I yer, tələbə Rəhman Quliyevin vokal üzrə I yer, tələbə Firuzə Dənişvarinin vokal üzrə III yer tutması, daha  7 nəfərin Fəxri fərman alması, bədən tərbiyəsi və idman kafedrasının müəllimləri İlhamə Quliyevanı tələbələrinin baketbol üzrə respublika yarışlarında  II yer, Tural Əliyevi tələbələrinin futzal üzrə keçirilən yarışlarda II yer tutması, idman klubunun sədr müavini Nigar Qasımovanı GDU idmançılarının basketbol üzrə şəhər birinciliyində I yer tutması münasibəti ilə təbrik etmişdir.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır. Tədris məsələləri üzrə prorektor, dosent Şahin Xurşudovun yaz (yay) imtahan sessiyasının  gedişi haqqında, İnnovasiyalar Departamentinin direktoru dosent Vasif Həsənovun “Akkreditasiya Komissiyasının tövsiyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı, təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayevin “Tədris ilinin II yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları haqqında (təhsilin hər iki pilləsi üzrə)” məlumatları dinlənilərək müzakirə edilmişdir.

Sonra ümumi riyaziyyat kafedrasında boş olan dosent yerinə seçki keçirilmişdir.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işinə yekun vurmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.