GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İNGİLİS DİLİNİN TƏDRİSİ İLƏ BAĞLI TİMOTİ KOLİNSİNİN TƏQDİMATI DİNLƏNİLİB
Təhsil Nazirliyinin rəsmi məktubuna əsasən Gəncə Dövlət Universitetində ABŞ Dövlət Departamentinin Regional İngilis dili ofisinin Azərbaycan üzrə proqram rəhbəri Timoti Kolinsinin professor-müəllim heyəti və tələbələrlə görüşü olub.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə proqram rəhbəri Timoti Kolinsi, onun köməkçisi Alyona Suxinina, ABŞ səfirliyinin əməkdaşları Riçard Pinkam Səbinə Abdullayeva, eləcə də universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, rektorun baş müşaviri Asif Cavadov, İnnovasiyalar Deportamentinin əməkdaşları, Xarici dillər fakütəsinin professor-müəllim heyəti, tələbələri iştirak ediblər.
Qonaqları ilk olaraq rektorun baş müşaviri Asif Cavadov, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə və İnnovasiyalar Deportamentinin əməkdaşları qarşılayıb.
Daha sonra qonaqların Xarici dillər fakültəsinin professor-müəllim heyəti və tələbələrlə görüşü olub. Tədbirdə Timoti Kolinsinin “The Pursuit of Happiness: Using Multiple Listening to Develop Listening Skills” mövzusunda ingilis dili müəllimləri üçün işçi görüşün və ingilis dilinin tədrisi ilə bağlı təqdimatı dinlənilib.
Diskusiya şəraitində keçirilən görüşdə müəllim və tələbələrə ingilis dilində öyrənmə bacarıqlarının inkişaf etdirlməsi ilə bağlı testlər təqdim olunub.
Sonda isə qonaqlar professor-müəllim heyəti və tələbələrlə xatirə şəkli çəkdiriblər.