Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir
8 Noyabr-Zəfər Günü ilə əlaqədar Gəncə Dövlət Univrsitetində silsilə tədbirlər keçirilir. Növbəti tədbir universitetin Fizika və texniki fənlər fakültəsində təşkil edilmişdir.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosnt Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu addım-addım irəliləyərək torpaqlarımızı azad etmiş, bizlərə qələbə sevinci yaşatmışdır. Gülsüm Fətəliyeva çıxışında Vətən müharibəsi zamanı tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Qarabağ döyüşlərində əsgərlərimizin şücaətindən ətraflı danışmışdır.
Universitetin Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxışnda qeyd etmişdir ki, Vətən müharibəsində milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında almış, işğalçı Ermənistana layiq olduğu yerini göstərmişdir.
Tədbirin davamında universitetin Fizika və texniki fənlər fakültəsinin tələbələri tərəfindən şeirlər və vətənpərvərliyə aid mahnılar səsləndirilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.