Gəncə Dövlət Universitetinin müəllimlərinin karantin müddətində keçirilən onlayn dərslərə münasibəti
Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılmasından sonra Gəncə Dövlət Universitetinin müəllimləri sosial layihə çərçivəsində müxtəlif sosial media vasitələri ilə onlayn dərslər keçməyə başladı. Qeyd edək ki, indiyə kimi universitetin və fakültələrin rəsmi facebook səhifəsində 100-dən çox , Zoom və digər platformaların köməyi ilə isə 800-dən çox dərs keçirilmişdir. Onlayn dərslərin gələcəkdə də davamlı olaraq keçirilməsi nəzərdə tutulub. Müəllimlərinin karantin müddətində keçirilən onlayn dərslər haqqında fikirlərini sizə çatdırırıq.