Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Kırşehir icra başçısı Murat Sefa Demiryüreki ziyarət edib
Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Kırşehir icra başçısı Murat Sefa Demiryürekin dəvəti ilə Kırşehir Ahi Evran Veli Universitetinin rəhbərliyi ilə birlikdə icra hakimiyyətində görüşdə iştirak edib. Görüşdə hər iki universitet arasında mövcud olan ikitərəfli əməkdaşlıqlar haqqında məlumat verilib. Gələcəkdə icrası planlaşdırılmış əməkdaşlıqlar haqqında fikirlər səsləndirilib.
İcra başçsı görüş zamanı ilkin olaraq “Bir millət, iki dövlət” yanaşmasının ortaq mədəniyyəti və qardaşlıq bağlarını gücləndirdiyini qeyd edib. O, Gəncə Dövlət Universitetinin nümayəndə heyətini, Kırşehir Ahi Evran Universitetinin rektorunu və onu müşayiət edən nümayəndə heyətini ofisində qonaq etməkdən çox məmnun olduğunu qeyd edib. İcra başçısı iki universitet arasında mövcud olan ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu və bu əməkldaşlığın daha da inkişaf etdirilməli olduğunu qeyd edib. İcra başçısı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Gəncə Dövlət Universitetinin rektorunu və nümayəndə heyətini 22-24 sentyabr 2025-ci il tarixlərində Kırşehirdə təşkil ediləcək beynəlxalq “Ahilik həftəsi”nə dəvət edib.
Görüşün sonunda icra başçısı nümayəndə heyətinin üzvlərinə xoş səfərlərinə görə təşəkkür edib, ümumi dəyərlərimizin gələcəyə daşınmasında uğurlar arzulayıb. Sonda qarşılıqlı hədiyyə təqdimatı təşkil edilib və nümayəndə heyəti ilə birlikdə xatirə şəkili çəkdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





