GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ GƏDƏBƏYDƏ GÖRÜŞ KEÇİRİB

             Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Gədəbəy rayon Təhsil sektorunda 20-yə  yaxın orta ümumtəhsil məktəbinin yuxarı sinif  şagirdləri ilə görüş keçirib.

     Gədəbəy rayon Təhsil sektorunun əməkdaşı Jalə Abdullayeva çıxışında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və GDU-da tədris olunan ixtisaslar barədə şagirdlərin məlumatlandırılmasıdır.

     Universitetin işçi qrupunun üzvləri professor O.Rzayev, dosent A.Quliyev, dosent C.Qarayev, dosent E.Atakişiyev çıxışlarında universitetdə tədris olunan ixtisaslar, fakültələr, ali məktəbin beynəlxalq əlaqələri və digər rayonlarda şagirdlərlə keçirilən görüşlər haqqında ətraflı danışıblar.

    Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.

      Gədəbəy rayon orta ümumtəhsil məktəbinin müəllimləri – Emin Yusibov və Eşqin Əliyev çıxış edərək Gəncə Dövlət Universitetinin məzunları olduqları üçün fəxr etdiklərini bildiriblər və görüşün əhəmiyyətindən danışıblar.

    Sonda şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti