Gəncə Dövlət Universitetinin tələbələri Məhsəti Gəncəvi Muzeyində olmuşlar
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin bir qrup tələbəsi XII əsrdə yaşayan dahi rübailər ustası Məhsəti Gəncəvinin muzeyinə ekskursiya etmişlər.
Tələbələr şairənin həyat və yaradıcılığı haqqında sərgilənən portret xalçalar, intibah dönəmində xanımlara xas milli geyim nümunələri, rəsm qalereyasında isə Məhsəti Gəncəvi rübailərinə həsr edilmiş tablolar ilə yaxından tanış olmuşlar.
Ekskursiya zamanı Gəncə Dövlət Universitetinin tələbələrinə muzeydə digər eksponatlar haqqında da məlumatlar verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti