Gənclərin peşəkar inkişafına xidmət proqramın təqdimatı olub

          Gəncə Dövlət Universitetində gənclərin inkişafına dəstək vermək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən Azad Mirzəcanzadə İnkişaf Proqramının təqdimatı keçirilib.   

     Təqdimatdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardından Ümummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları salamladıqdan sonra proqramın əhəmiyyəti və məqsədi barədə iştirakçılara məlumat verilib. Prorektor qeyd edib ki, gənclər üçün bu təqdimat proqramı onlara açdığı imkanlarla tanış olmaq, eləcə də onları maraqlandıran suallara birbaşa cavab almaq baxımından mühüm fürsət olacaq.

     Təqdimatda  o da bildirilib ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 2023-cü ilin sentyabrında elan edilib və indiyədək proqram çərçivəsində 6 qalib öz layihələrini uğurla reallaşdırıb. Bu layihələr sosial, ekoloji, maarifləndirici və innovativ sahələri əhatə edərək, cəmiyyətə real töhfə verməklə yanaşı, gənclərin fərdi və peşəkar inkişafına da xidmət edib. Bundan sonra da proqramın müxtəlif universitetlərdə təqdimatlarının keçirilməsi planlaşdırılır. İştirak etmək istəyən gənclər qeydiyyatdan keçərək  müraciət formasını doldura bilərlər.

      Proqramın iştirakçıları təqdimat zamanı layihənin məqsədlərinə necə daha da yaxınlaşa biləcəkləri və qarşılaşdıqları müxtəlif problemləri necə daha effektiv həll edə biləcəkləri barədə müzakirələr aparıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti