GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ RUSİYA VƏ UKRAİNA İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR

Gəncə – MDB-nin mədəniyyət paytaxtı-2017 layihəsi çərçivəsində Rusiyanın Voronej Dövlət Universitetinin professoru Aleksandr Zavrajnov və Ukraynanın Kiyev Politexnik Universitetinin professoru, Ukrayna Milli Elmlər Akademiyası Materialşünaslıq İnstitutunun şöbə müdiri  Marina Bulanova Gəncə Dövlət Universitetinin ziyarət ediblər.

Qonaqlarla görüşdə universitetin rektoru, professor, Yusif Yusibov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər və perspektivlər, Rusiya və Ukrayna ali məktəbləri ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə danışıb.

Qonaqlar GDU ilə də əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, universitetin tələbələrinin təcrübələrinin təmsil etdikləri Universitetlərdə təşkilində maraqlı olduqlarını, habelə son illərdə universitetdə yaradılmış şəraitin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını bildiriblər.

Görüşdə AMEA-nın müxbir üzvü, GDU –nun Fəxri doktoru Məhəmməd Babanlı da iştirak edirdi.

Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə qonaqlar laboratoriyalarda, auditoriyalarda olublar. Səfər çərçivəsində Universitetdə təşkil olunan beynəlxalq konfransda iştirak ediblər. Qonaqlar görüşdə təmsil etdikləri sahələr barədə informasiyalar, təhsil və təcrübə imkanları barədə təqdimatlar veriblər, müzakirələr aparıblar.​