Tələbələrin konsert proqramı

Gəncə Dövlət Universitetinin tələbələri Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  Gəncə şəhərində yerləşən Aura park alış-veriş və əyləncə mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş konsert proqramı ilə çıxış etmişlər. Konsert proqramı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı.

“Modern” qrupunun ifa etdiyi mahnılar şəhər sakinləri və gənclər tərəfindən böyük maraqla qarşılandı. Tarix-coğrafiya fakültəsinin tələbələri Danulduz Həsənova, Minayə Verdiyeva və Tural Cəfərovun ifa etdiyi mahnılar alqışlarla qarşılandı. Filologiya fakütəsinin tələbəsi Çinarə Ələkbərova və Tarix-coğrafiya fakültəsinin tələbəsi Rəsmiyyə Zeynalovanın söylədiyi vətənpərvərlik ruhundakı şeirlər hamı tərəfindən bəyənildi.

Konsert proqramının gedişində əyləncəli müsabiqələrin təşkili konsert proqramını daha da əyləncəli etdi. Müsabiqələrdə qalib gələn gənclər hədiyyələrlə mükafatlandırıldı. Konsert proqramının gedişində tələbələrin iştirakı rəqs nömrələrinin göstərilməsi proqramı  daha da rəngarəng etdi.

Tarix-coğrafiya fakültəsinin tələbələri Vasif  Paşayev və Leyla Zülfiqarlı birgə ifaları alqışlarla qarşılandı. Elgün Əhmədovun rəqsi böyük maraqla izləndi. Konsert proqramında qonaq qismində çıxış edən Əli Məmmədlinin və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Qurban Seyidlinin gitarda ifaları böyük maraqla dinlənildi. ADAU-nun tələbəsi Nəzrin Allahverdiyeva söylədiyi şeir alqışlarla qarşılandı. Konsert proqramı uğurla yekunlaşdı.