Gəncə Dövlət Universitetində psixologiya ixtisasında təhsil alan tələbələrə təlim keçirilmişdir

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil alan tələbələrə elmi tədqiqatların aparılması və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilmişdir.

       Təlimi giriş sözü ilə Gəncə Dövlət Universitetinin Hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  açaraq  tələbələrə uğurlar arzulamışdır. Bildirmişdir ki, təlimin məqsədi tələbələrin mütəxəssislər tərəfindən gələcəkdə elmi tədqiqat işləriin aparılması qaydaları ilə yaxından tanış etmək, o cümlədən elmi işləri yazmağı öyrətməkdir.

         Layihənin rəhbəri, psixoloq Kamil Həmidov və təlimçi  Ceyhunə Dəmirova təlim zamanı universitetin elmi tədqiqatlarının keçirilməsinin üsulları, standartları, yazılma qaydaları barədə ətraflı məlumat vermiş, tələbələri maraqlanıdıran suallara aydınlıq gətirmişlər.

   Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.