Gəncə Dövlət Universitetinin tələbələri rəqəmsal biliyin artırılmasına dair təlimdə iştirak etmişlər

   Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş “Rəqəmsal vətəndaşlıq yolunda rəqəmsal yaradıcılıq” adlı təlimə Gəncə Dövlət Universitetinin bir qrup fəal gənci də qatılmışdır. Təlimdə rəqəmsal şəxsiyyət, rəqəmsal istifadə, rəqəmsal empatiya haqqında maarifləndirici söhbət aparılmışdır. Qeyd edilmişdir ki, layihənin məqsədi tələbələrə rəqəmsal yaradıcılıq sahəsində ətraflı məlumat vermək və onları busahədə ruhlandırmaqdır.

   Təlimdə Gəncə Dövlət Universitetinin tələbələri proqramlaşdırma və tətbiqetmə, zehni məhsulların visual şəkildə təqdim olunmasına dair ətraflı məlumat əldə etmişlər.

   Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti