Gəncə Dövlət Universitetinin əsas binasında yaradılan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

Gəncə şəhər 38 saylı Nizami II seçki dairəsinin 13 saylı seçki məntəqəsində secici fəallığı müşahidə olunur.

Bu barədə məntəqənin sədri Cabbar Qarayev universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə məlumat verib.

Bildirilib ki, artıq seçki məntəqəsində qeydiyyatda olan 1388 nəfərdən 500 nəfəri seçkilərdə iştirak edib.

“Gəncə Dövlət Universitetinin əsas binasında təşkil olunan məntəqədə seçicilər üçün yüksək şərait yaradılıb. Binada veb-kameralar quraşdırılıb. Hazırda seçki prosesini 10 nəfərdən artıq yerli və xarici müşahidəçi izləyir” – deyə məntəqə sədri C. Qarayev qeyd edib.

Prezident seçkilərində iştirak edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov qeydiyyatda olduğu seçki məntəqəsindən əvvəlcədən aldığı çıxarış əsasında universitetin əsas binasında yaradılan 38 saylı Nizami II seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib. Seçici fəallığının müşahidə olduğunu deyən  rektor,xüsusən gənclərin bu seçkilərdəki aktivliyini yüksək qiymətləndirib. Professor Yusif Yusifov vurğulayıb ki, gənclərin konstitusion hüquqlarından istifadə edərək bu cür fəallıq nümayiş etdirməsi onların ölkənin gələcək inkişafındakı məsuliyyətlərini sübut edir.