Elmi şuranın iclasında kafedraların hesabatı dinlənilib

Aprelin 5-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbiri açan rektor Yusif Yusibov 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb.

Əvvəlcə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadənin “Doktorantura və dissertanturada mövcud vəziyyət, elmi hazırlığın daha da yaxşılaşdırılması haqqında” hesabatı dinlənilib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Fəxrəddin Məmmədov “Akademik borcu qalmış tələbələrin 2017-2018-ci tədris ilinin yaz semestri üçün alt qruplarda tədris məşğələlərində iştirakı” barəsində məlumat verib.

Sonra Qrammatika və ingilis dilinin tədrisi,  Praktik xarici dillər, Fizika və Ümumi tarix kafedralarının 5 illik fəaliyyətinə dair kafedra müdirlərinin və komissiya sədrlərinin hesabatı dinlənilib.

Daha sonra universitetin Elmi katibi tərəfindən Azərbaycan dili kafedrasının dosenti Aydın Nağdalıyevə “Fəxri Professor” adının verilməsi haqqında, riyaziyyat üzrə fəlsəfə doktoru Natəvan Məmmədovanın İnformatika kafedrasında boş olan dosent yerinə seçilməsi və Günay Salmanovanın Həndəsə və cəbr kafedrasının dosenti elmi adını almağa dair vəsatəti səsə qoyularaq qəbul edilib.

Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.