Gəncə Dövlət Universitetinin Nəzdində Regional Kollecdə Ustad dərsi
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə GDU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova “120 yaşlı “Molla Nəsrəddin”i yenidən vərəqləyək…” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində GDU-nun nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, fakültənin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayeva, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, müəllim və tələbələr iştirak ediblər.
Dosent Səba Namazovanın mövzu ilə əlaqədar dolğun, məzmunlu, dərin elmi araşdırmalara söykənən fakt və mülahizələrlə zəngin nitqi dərs iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Dərsin sonunda məruzəçi tərəfindən suallara ətraflı cavab verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






