Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı

17 aprel 2015-ci il tarixdə Qafqaz Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransı” keçirilmişdir.
Konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət etmişdilər. 1400-ə yaxın tezis arasından 954 elmi məqalənin qəbul olunduğu, həmçinin məqalələrin 4 dildə – Azərbaycan, türk, rus, ingilis dillərində təqdim edildiyi III Beynəlxalq elmi konfransın məqsədi müxtəlif ölkələrdən olan gənc tədqiqatçıları bir araya gətirməklə onlar arasında gələcəkdə də sıx əlaqələrin qurulmasını təmin etməkdən ibarət idi.
Gənclərin elmi inkişafında mühüm rola malik olan Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransında Gəncə Dövlət Universitetinin Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Nizami oğlu Rəhimov və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru,  Səba Azad qızı Namazova universiteti layiqincə təmsil etmişdir.