Gənclər Vergilər Nazirliyinin kadr siyasəti barədə məlumatlandırılıb

Vergilər Nazirliyinin əməkdaşlarının Gəncə Dövlət Universitetinin  müəllim və tələbə heyəti ilə görüşü keçirilib.

Tədbirdə Vergilər Nazirliyinin İnsan resursları departamentinin əməkdaşları Nərgiz Muradova, Vahid Məsimov, Tədris Mərkəzinin əməkdaşları Ceyhun Mehdiyev və Orxan Balayev  iştirak ediblər.

Tədbirin əsas məqsədi gəncləri Vergilər Nazirliyinin kadr siyasəti ilə məlumatlandırmaq, onları gələcəkdə vergi orqanlarında çalışmağa həvəsləndirmək və müvafiq sahə üzrə maarifləndirmək olub.

          Tədbiri rektorun müşaviri Asif Cavadov açaraq qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu  bildirib.

          TədbirdəəməkdaşlarVergilərNazirliyininkadrsiyasəti, gənclərinpeşəhazırlığınınartırılmasıistiqamətindəTədrisMərkəzindəgörülənişlər, vergiqanunverciliyinəedilmişsondəyişiklərmövzularındatəqdimatlarlaçıxışediblər.

Təqdimatların sonunda verilən suallar Vergilər Nazirliyinin əməkdaşları tərəfindən cavablandırılıb.