GDU-da “44 günlük Zəfər tarixi” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) Ekologiya və Təbiətin mühafizəsi kafedrasının birgə təşkilatçığı ilə “44 günlük Zəfər tarixi” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsinin önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını deyib. Prorektor bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirib və tarixi Qələbəmizin əsası qoyulub.
Ekologiya və Təbiətin mühafizəsi kafedrasının müdiri Sevda Əhmədova mövzu ətrafında çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən söhbət açıb. Həmçinin Kimya- Biologiya fakültəsinin şəhid məzunları Səməndər İmanov və Elgün Xıdırov haqqında xatirələrini bölüşüb.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti