GDU-DA AKADEMİK BORCU QALMIŞ TƏLƏBƏLƏRİN YAY SEMESTRİ ÜZRƏ DƏRSLƏR DAVAM EDİR

                      Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalmış tələbələr üçün yay semestri üzrə dərslər davam edir. Universitetdə  yay semestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 N-li 24 dekabr 2013-cü il tarixli “Ali Təhsil Müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

         15 iyul 2024-cü il tarixdən başlayan yay semestrində İqtisadiyyat və idarəetmə, Riyaziyyat-informatika, Xarici dillər və Pedaqoji fakültələri üzrə müxtəlif ixtisaslarda təhsil alan tələbələr tədris məşğələlərində iştirak edirlər. Dərslər 11 fənn üzrə təşkil olunur.

       Yay semestrinin təşkili üçün əvvəlcədən lazımi metodik sənədlər hazırlanıb və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Dərslər universitetin fənn müəllimləri tərəfindən saathesabı icra edilir.

      Tədris məşğələləri 16 avqust tarixdə başa çatacaq. Yay semestrinin imtahanları isə 19-23 avqust 2024-cü il tarixlərində yazılı formada keçiriləcək. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti