GDU-da “Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” mövzusunda təlim təşkil olunub
Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil ocağında akkreditasiya meyarları və qaydalarına dair maarifləndirici təlimə start verilib.
“Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” mövzusunda keçirilən təlimdə fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək akkreditasiya prosesinin əhəmiyyətindən və bunun ali təhsil müəssisəsinin inkişafındakı rolundan bəhs edib.
GDU-nun Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov akkreditasiya meyarlarına uyğun universitetdə görüləcək işlərdən danışıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin baş məsləhətçisi, təlimçi Şəlalə Mahmudova institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Sonda mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, noyabr ayının 14-də başlayan təlim 3 gün davam edəcək.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti