GDU-da Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilib.
Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq Beynəlxalq Sülh Gününün BMT tərəfindən təsisolma tarixindən və yaranma səbəblərindən danışıb.
Çıxışında prorektor qeyd edib ki, Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Ölkəmiz dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı onun təşviqində də böyük rol oynayır.
Tədbirdə Filologiya fakültəsinin müəllimi Vüsal İsgəndərovun “Biz müharibə istəmirik, qoy həmişə Sülh olsun!”, Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Zamin Abbasovun “Azərbaycan sülh ölkəsidir”, Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Aysu Cəfərovanın “Sülh bəşəriyyətin qurtuluşudur”, Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Nigar Məmmədovanın “Dünyamıza sülh gərəkdir”, Fizika və texniki fənlər fakültəsinin 2-ci kurs tələbəsi Nəzrin Novruzlunun “Sülh inkişafın təməlidir” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçıları universitetin qarşısında sülhün rəmzi olan ağ göyərçinləri səmaya uçurdublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti