GDU-DA FƏNN OLİMPİADASI KEÇİRİLİB
03.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında İngilis, Rus, Alman və Fransız dili fənləri üzrə olimpiada keçirilib. Olimpiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunub.
Bilik yarışmasında Gəncə şəhəri ilə yanaşı Goranboy, Samux və Göygöl rayonlarının orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri də iştirak ediblər. Olimpiadanın sualları Xarici dillər fakültəsinin təcrübəli professor – müəllim heyəti tərəfindən tərtib edilib, şagirdlərə A və B variantında 50 test tapşırığı təqdim olunub.
Olimpiadanın sonunda şagirdlərə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri, Tələbə Evi haqqında ətraflı məlumatlar verilib. Universitetin fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti