GDU-da kitab sərgisi keçirilib
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin əməkdaşlarının son beş ildə (2019-2024) nəşr olunmuş dərslik və dərs vəsaitlərinin sərgisi keçirilib.
Kitab sərgisində Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev son illərdə fakültə əməkdaşlarının Azərbaycan, Rus və İngilis dillərində kifayət qədər dərslik və dərs vəsaitlərinin çap olunduğunu diqqətə çatdırıb, kitabların professor-müəllim, eləcə də tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, sərgidə nümayiş olunan 93 kitabın 8 ədədi dərslik, 10 ədədi monoqrafiya, digərləri isə dərs vəsaitləridir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti