GDU-da şəhid yaxınları və aztəminatlı ailələrlə növbəti görüş keçirilmişdir

                             

Şəhid Hacı Rauf  adına Tədris və Gənclik Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin ikinci tədris binasının akt zalında aztəminatlı ailələr və şəhid yaxınları ilə görüş keçirilmişdir. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

      Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq iştirakçıları salamlamış,  şəhid analarının dərdinə şərik olduğunu bildirmiş, qazilərimizin tezliklə sağalmasını arzu etmiş və  layihənin təşkilatçılarına  təşəkkür etmişdir.

Sonra GDU-nun xarici dillər fakültəsinin 30 nəfərdən ibarət tələbəsinin  aztəminatlı ailələr və şəhid övladlarına Alman və İngilis dillərinin öyrəniılməsində yaxından köməklik göstərməsinin qürürverici olduğu diqqətə çatdırılmışdır.  Qeyd edilmişdir ki,  Şəhid Hacı Rauf  adına Tədris və Gənclik mərkəzinin təşkilatçılığı ilə  “Teach and Learn ” layihəsi çərçisəsində 150 aztəminatlı ailənin uşaqlarına və şəhid övladlarına təhsil verilmişdir. 

       Şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.    

İbtidai sinif şagirdlərinin müxtəlif səpkidə hazırladıqları kompozisiyalar nümayiş etdirildikdən sonra  universitetin layihədə iştirak edən bir qrup tələbəsinə fəxri fərman verilmişdir.Tədbir Şəhidlərin şəxsi əşyalarından ibarət sərginin nümayişi ilə başa catmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.