GDU-da səməni festifalı keçirilib

      Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib.

     Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rektor bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir, eyni zamanda tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. O da vurğulanıb ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.

    Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş etdirilib.

       Tələbələrin bayrama aid əl işləri, fərqli tərtibatlarda cücərdilmiş səmənilər xonçalara xüsusi gözəllik qatıb. Şuşa və Xarıbülbül simvolu, qədimi qabların nümayişi festifalı daha da maraqlı edib.  

    Rektor Yusif Yusibov bayram xonçaları ilə yaxından tanış olub, tələbələrin hazırladıqları şirin təamlardan dadıb və onlarla yumurta döyüşdürüb.

      Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilərək mükafat verilməsi qərara alınıb.

    Bayram tədbiri Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti