GDU-nun əməkdaşları Türkiyənin Gəncədəki Baş Konsulluğunda

            Gəncə Dövlət Universitetinin əməkdaşları- elmi katib Seymur Meşaik və hazırda Gazi Universitetində doktoranturada təhsil alan Yusif Məlikov Türkiyənin Gəncədəki Baş Konsulluğunun qonağı olub.

    Görüşdə Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrindən və Türkiyə universitetləri ilə akademik əməkdaşlıqdan geniş danışılıb.  GDU ilə Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs edilib.  Türkiyədən olan tələbələrin GDU-da təhsil almaları üçün yaradılan imkanlardan söhbət açılıb.

      Sonda univeristetin fəaliyyətinə aid bukletlər və hədiyyələr konsulluğa təqdim olunub. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti