GDU-DA TƏHSİL ALMAQ İSTƏYƏN ƏCNƏBİ VƏTƏNDAŞLARLA MÜSAHİBƏ YEKUNLAŞIB

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq  2025/2026-cı tədris ilində Gəncə Dövlət Universitetində bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət etmiş əcnəbi vətəndaşlarla görüş təşkil olunub.

Ümumi işlər üzrə prorektor Samir Məmmədov Türkiyə, Gürcüstan Respublikaları, eləcə də, Rusiya Federasiyası vətəndaşı olan əcnəbilərin müsahibə iştirakçılarına uğurlar arzulayıb və GDU-da əcnəbi tələbələrin təhsil alması üçün mövcud şərait haqqında məlumat verib.

Əcnəbilərin qəbulu komissiyasının üzvlərinin əcnəbilərlə görüşünün yekunu olaraq “AOTİS” elektron portal üzərindən müraciət etmiş xarici vətəndaşların sənədləri və Azərbaycan dili bacarıqları yoxlanılmış və sənədləri uyğun olan 16 nəfər xarici tələb müxtəlif ixtisaslara qəbul edilmələri qərara alınıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti