GDU-da “Turizm Könüllüləri” Təşkilatının nümayəndələri məlumatlandırıcı görüş keçiriblər
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ,,Turizm Könüllüləri” Təşkilatının əməkdaşları tələbələrlə görüş keçiriblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək turizm sektorunun inkişaf istiqamətləri və bu sahədə gənclərin könüllülük fəaliyyətinin önəmindən danışıb.
Görüşdə “Turizm Könüllüləri” Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr və ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən geniş bəhs edilib.
Təşkilatın icraçı direktoru Rəminə Salayeva bildirib ki, əsas məqsəd turizm sahəsi üzrə gənclərin inkişafı üçün şərait yaratmaq, peşəkar mütəxəsislərin yetişdirilməsi istiqamətində müxtəlif layihə və proqramları həyata keçirmək və təşkilata üzv olan gənclərin fəaliyyətini əlaqələndirməkdir. Bununla yanaşı turizm könüllülərinin şəxsi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində işlər aparmaqdır.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti