GDU-da xaricdə təhsil imkanlarına dair görüş keçirilmişdir
Gəncə Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə əməkdaşlığı ilə xaricdə təhsil imkanlarına dair görüş keçirilmişdir.
Görüşdə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Ruslan Məmmədov və şöbənin baş tərcüməçisi Səkinə Tağıyeva, Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova iştirak etmişdir. Tələbələrə Ruslan Məmmədov tərəfindən Gəncə Dövlət Univeristetinin beynəlxalq əlaqələri və əməkdaşlıqları, «Erasmus+» proqramının tələbləri, üstünlükləri, müraciət qaydaları, Beynəlxalq Əlaqələr şöbəsinin dəstəklədiyi əməkdaşlıqlar, xaricdə təhsil və xaricdə təhsilini davam etdirən tələbələrimiz haqqında ətraflı məlumat verilmişdir.
Görüşün davamında tələbələrin sualları cavablandırılmış və görüşdə iştirak edən aktiv tələbələrə hədiyyələr verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti