GDU-da “Genderə həssas məktəblərin təşviqi” layihəsi uğurla davam edir

Gəncə Dövlət Universitetində “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində keçirilən təlim uğurla davam edir. Gəncə şəhərində fəaliyyət göstərən 11-21 nömrəli tam orta məktəbləri əhatə edən, 25 müəllimin iştirak etdiyi təlimdə bildirilmişdir ki, prezident İlham Əliyev tərəfindən gender bərabərliyinin təminatına dair qəbul edilən qanunlar qadınların cəmiyyətin bütün sahələrində fəallığının artmasında öz bəhrəsini verməkdədir. Müəllimlər çalışdıqları orta məktəblərdə daim oğlanlar və  qızlar üçün bərabər imkanlar yaratmalı, bu sahədə həssas olmalıdırlar.

Bildirək ki, layihə çərçivəsində 17-19 noyabr tarixlərində 22-34 nömrəli məktəblərin pedaqoji kollektivi üçün 3 günlük təlimə start verilmişdir. Azərbaycan Elm və Təhsil Nazirliyinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı keçirilən təlimin əsas məqsədi təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılmasıdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti