GDU-da Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilmişdir

17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə Gəncə Dövlət Universitetində tədbir keçirilmişdir.

  Tədbirdə Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq tarixi gün barədə ətraflı danışmışdır. Qeyd etmişdir ki, 1992-ci ildə elan olunan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı, xalq bir yumruq kimi birləşdi. İndi bu hadisələr Azərbaycanda milli azadlıq hərəkatı kimi qiymətləndirilir.

   Universitetin Filologiya fakültəsinin dekanı Zakir Əsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, dosent Qivami Qazıyev, baş müəllim Aygün Əhmədova çıxışlarında Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlar barədə ətraflı söhbət açmış, ölkəmizdə gedən inkişaf prosesindən danışmışdır.

       Tədbirin sonunda tələbələr tərəfindən şeirlər səsləndirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti