GDU-nun kollektivi ağacəkmə aksiyasında iştirak etmişdir

        Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri “Ağıllı şəhər” layihəsi çərçivəsində Heydər Əliyev parkında ağacəkmə  aksiyasında iştirak etmişlər.

       Parkda 100-dən artıq meyvə ağacları əkilmiş, torpağa basdırılan alma və xurma tingləri suvarılmış və aqrotexniki qaydalarla qulluq edilmişdir. Ağacəkmə aksiyasında iştirak edən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova bildirmişdir ki, yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün universitetin kafedrası tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Əsas məqsəd Gəncə şəhərinin ekomühitinin qorunması, zənginləşdirilməsi və gənclərdə ekoloji tərbiyəni gücləndirməkdir.

   Aksiya iştirakçıları onlara verilən dəstəyə görə meşəlik təsərrüfatının rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti