GDU-da yaz semestrinin imtahan sessiyası davam edir

    Gəncə Dövlət Universitetində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.  

    Universitetdə  kompüterdə test üsulu ilə keçirilən imtahanlar artıq yekunlaşıb. İyun ayının 23-dən etibarən isə imtahanların şifahi üsulla keçirilməsinə başlanılıb.

   Hazırda fakültələr üzrə imtahanlar şifahi və qabiliyyət formasında davam edir.

    Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə  06-18 iyul tarixlərində təkrar imtahan vermək üçün şərait yaradılması nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti