GDU –nun əməkdaşı VII Beynəlxalq Konfransda iştirak edib

         

Gəncə Dövlət Universiteti tarix-coğrafiya fakültəsinin dosenti Cavid Bağırzadə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfransda iştirak edir.
Konfrans Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti, Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığının təşkilatçılığı ilə hazırlanıb və  türk incəsənəti, tarixi, ədəbiyyatı, musiqisi və mədəniyyəti mövzularını əhatə edir. Konfransda bildirilib ki, türk mədəniyyətinin min illik təcrübəsinin mədəni irs çərçivəsində tədqiq edilməsi böyük əhəmiyyətə malikdir. Ümumdünya, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsində elmi tədbirlər mühüm yer tutur. Bu baxımdan Bakıda keçiriləcək bu konfrans dünya, o cümlədən türk mədəni irsinin tədqiqi, təbliği və qorunması baxımından bir model olacaq.