GDU-NUN “BREND TƏLƏBƏ”LƏRİ MÜKAFATLANDIRILIB

              AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

     AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

     Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, AzEdu.az  Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az təhsil portalının Regional koordinatoru Leyla Camalzadə və tələbələr iştirak ediblər.

      Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq  “Brend tələbə” statusuna layiq görülmüş gəncləri təbrik edib və  Azərbaycan gənclərinin ölkənin sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb.

    Daha sonra Elşad Eyvazlı və Leyla Camalzadə çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər,  uğur qazanmağın sirlərindən geniş söhbət açıblar. 

    Çıxışlardan sonra GDU-nun “Brend tələbə”lərinə Təltifnamələr təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti