GDU-nun dosenti 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə ustad dərsi keçib

        Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Leksika və ölkəşünaslıq kafedrasının dosenti Allahverdi Həmidov Gəncə şəhəri 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə XI sinif şagirdlərinə   ustad dərsi keçib.

     Ustad dərsində orta məktəbin rəhbərliyi, ingilis dili müəllimləri, GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və yuxarı sinif şagirdləri iştirak ediblər.

     Məruzəçi Allahverdi Həmidov İngilis dilində yazı bacarıqlarının formalaşdırılması, qrammatika və lüğətin effektiv öyrənilmə üsulları barədə dərs keçib, şagirdlərin suallarını cavablandırıb. 

       4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev ustad dərslərinin əhəmiyyətini vurğulayıb və ustad dərslərinin təşkilinə görə Gəncə Dövlət  Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.    

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti