GDU-nun dosenti beynəlxalq konfransda iştirak edib
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadə 17-19 mart 2025- ci il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin təşəbbüsü ilə keçirilib. “Tolerantlıq sülhün zəmanəti, vətəndaşlar arasında həmrəylik, millətlərarası və dinlərarası sabitliyin təminatçısıdır” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransı Böyük Özbək tarixçisi Raxborxan Murtazayevnanın 75 illiyinə həsr edilib.
Konfransda Özbəkistan tarixçilərindən başqa Azərbaycan, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, İsrail, Tacikistan kimi dövlətlərin məşhur tarixçiləri iştirak edib. Konfransda dosent Saidə İsmayılzadə “Türk xalqlarının birliyi: mədəni paralellər, tolerantlığın və həmrəyliyin əsası kimi” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin beynəlxalq konfransda Türk dövlətlərinin tarxinin öyrənilməsi sahəsində görülən işlər, ölkələr arasında tarix üzrə informasiya mübadiləsinin aparılması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
Dosent Saidə İsmayılzadə Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin birinci kurs magistratura tələbələrinə Özbəkistanın yeni tarixi ilə bağlı dərs də keçib.
Sonda Universitet rəhbərliyi tərəfindən Saidə İsmayılzadəyə təşəkkürnamə təqdim edilib.