GDU-nun müəllimi orta məktəbdə ustad dərsi keçib

Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının müəllimi Elzanə Musayeva Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə  “Müasir dövrdə ingilis dilinin əhəmiyyəti” mövzusunda ustad dərsi keçib.

Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, 19 nömrəli tam orta məktəbin direktoru Yasin Məmmədov, direktor müavini Xaspolad Məmmədov, GDU-nun Praktik xarici dillər kafedrasının müdiri Zahirə Əliyeva, kafedranın müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Mərurəziçi Elzanə Musayeva İngilis dilinin öyrənmə metodları: dinləmə, oxu, danışıq, yazı, lüğət və qrammatika haqqında şagirdlərə ətraflı məlumat verib.

Dərs yekunlaşdıqdan sonra məruzəçi şagirdləri maraqlandıran suallara cavab verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti