GDU-nun Pedeqoji fakültəsinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Gəncə Dövlət Universiteti (GDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Pedeqoji fakültənin fəal tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

     Burada  gənclərə müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında geniş məlumat verilib. Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

     Daha sonra tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti