GDU-nun qiyabi şöbəsində təhsil alanların başlanğıc imtahan sessiyası uğurla davam edir
Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində təhsil alan birinci kurs tələbələrinin 2022-2023-cü tədris ilinə aid başlanğıc sessiyasının imtahanları keçirilir. 21 oktyabr 2022-ci il tarixində başlayan sessiya 03 noyabr 2022-ci il tarixində yekunlaşacaq. Başlanğıc sessiyasında 9 ixtisas üzrə imtahanın keçirilməsi üçün təlimata uyğun olaraq lazımi şərait yaradılmışdır. Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi diqqət mərkəzindədir.
Hazırda imtahan sessiyası uğurla davam edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti