GDU-nun rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü tədbirində iştirak ediblər

    27 Sentyabr -Anım Günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov və professor-müəllim heyəti universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyublar.

    Daha sonra GDU rəhbərliyi, o cümlədən universitet kollektivi Gəncə şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov və şəhər ictimaiyyəti ilə birgə Anım gününə həsr olunan ümumşəhər tədbirində iştirak ediblər.

     Tədbir çərçivəsində Gəncədəki Şəhidlər Xiyabanı ziyarət olunub, Şəhidlərin məzarı önünə gül dəstələri qoyulub və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla anılıb.

    Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Həmçinin 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazi ziyarət edilib və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzülüb.

   Silsilə tədbirlərin davamı olaraq şəhərin Heydər Əliyev adına Park-Xiyaban Kopmleksinin ərazisində 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası da gerçəkləşib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti