GDU-nun Tələbə Evində Od çərşənbəsi yüksək əhval-ruhiyyə ilə qeyd olunub

              Novruz bayramı yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini və milli mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramıdır. Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələridir.

    Gəncə Dövlət Universitetinin tələbələri Od çərşənbəsini yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Çərşənbə münasibəti ilə universitetin Tələbə Evinin həyətində bayram tonqalı yandırılıb.

      Tonqal ətrafında toplaşan tələbələrin musiqi alətlərində çıxışları və rəqsləri bayram tədbirini daha da maraqlı edib. Novruz mərasimlərinin əsas personajları olan Kosa və Keçəlin səhnəcikləri şənliyə xüsusi rəng qatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti