GDU-nun tələbələri Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Pedaqoji fakültənin bir qrup fəal tələbəsi Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət edib. Tələblərə muzey haqqında geniş məlumat verilib.
Bildirilib ki, muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir. Azərbaycanın ilk dövlət xəritəsi və istiqlal bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.
Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət tələbələrdə xoş təəssürat yaradıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti