GDU-nun tələbələri Gəncə SOS Uşaq Kəndində praktik-seminar məşğələsində
Gəncə Dövlət Universitetinin tələbələri üçün Gəncə SOS Uşaq Kəndində “Psixi sağlamlıq” mövzusunda praktik-seminar məşğələ təşkil olunub.
Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, İstehsalat təcrübsinin rəhbəri Aygün Məhəmmədi, Gəncə SOS Uşaq Kəndinin rəhbərliyi və Psixologiya ixtisasının III kurs tələbələri iştirak ediblər.
Gəncə SOS Uşaq Kəndinin direktoru Tale Cəfərov və psixoloq Elvira İsayeva mövzu ətrafında ərtaflı danışıblar.
Dərs zamanı psixi sağlamlığın cəmiyyətə təsirindən söhbət açılıb və ilkin psixoloji yardımın göstərilməsinə dair məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti