GDU-nun tələbələri Göygöldə
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Kimya-biologiya fakültəsinin bir qrup tələbəsi Göygölün tarixi məkanlarını ekskursiya edib.
Tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Tarixi məkanda nümayiş etdirilən eksponatlar və vaxtı ilə Göygöldə yaşayan almanların həyat tərzini haqqında ətraflı məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti