Tələbələr QİÇS-lə mübarizəyə dair maarifləndirici tədbirdə iştirak ediblər
Ombudsmanın Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib.
“Sağlam ol, gələcəyini düşün” adlı maarifləndirici tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də iştirak edib.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Afaq Əsədova QİÇS-lə bağlı maarifləndirici məlumat verib. QİÇS-in (immunçatışmamazlıq virusu) yayılma səbəbləri və qorunmaq üsullarından danışıb.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti