GDU-nun tələbəsi mükafatlandırılıb

       Respublika üzrə PAŞA Holdingin “Əlaçı” proqramını uğurla başa vuran 12 tələbə təltif və mükafata layiq görülüb. Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Sosial iş ixtisasının 3-cü kurs tələbəsi Rəsul Quliyev də proqramda fəal iştirak etdiyinə görə mükafatlandırılıb.

     Qeyd edək ki, gənc nəslin peşəkar  inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən  PAŞA Holdingin “Əlaçı” proqramı universitetlər üzrə 3-cü və 4-cü kurs tələbələrinin aylıq təqaüd ilə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti