GDU-nun tələbələri “Zəfərimiz əbədidir” adlı intellektual yarışın qalibi olub

          Gəncə Dövlət Universitetinin tələbələri Azərbaycan Texnologiya Universitetində keçirilən “Zəfərimiz əbədidir” adlı intellektual yarışın qalibi olub. Bilik yarışında GDU-nun komandasına kubok, Fəxri Fərman və təşəkkürnamə tədqim edilib.

       Gəncə Dövlət Universitetinin rektoru Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb. Rektor tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.

      Görüşdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və tələbələr gənclərə göstərilən diqqətə görə universitet rektoruna minnətdarlıqlarını bildiriblər.

      Qeyd edək ki, bilik yarışında region üzrə 14 komanda öz biliyini nümayiş etdirib.

     3 turdan ibarət olan yarışda “Ümummilli Lider Heydər Əliyev”, “Azərbaycan tarixi”, “Zəfər günü”, Işğaldan azad olunmuş ərazilərdə tarixi abidələr” və digər mövzulara aid suallar təqdim olunub.

    İntellektual yarışda Gəncə Dövlət Universitetinin komandası I yeri, Bakı Dövlət Universitetinin Qazax filialının komandası II yeri və Mingəçevir Dövlət Universitetinin komandası isə III yeri tutub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti