GDU-nun Tarix-coğrafiya fakültəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində 8 Noyabr-Zəfər Günü ilə bağlı keçirilən silsilə tədbirin davamı olaraq “Zəfərə aparan yol” adlı bayram tədbiri təşkil edilmişdir.

    Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən  ətraflı danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə qəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Bütün xalq prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı və Zəfərə aparan yolun təməlini qoydu.

  Tədbirdə çıxış edənlər – universitetin Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev, kafedranın baş müəllimi Yəhya Süleymanlı və Coğrafiya kafedrasının dosenti Arifə Əhmədli  Yəhya Süleymanlı 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki mövqeyindən, Ulu Öndərin ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən danışmışlar.

  Sonda tələbələr tərəfindən Zəfər Günü ilə əlaqədar şeirlər və mahnılar səsləndirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti